Ru
17:15 / 05 Avqust 2022

Putin-Ərdoğan görüşü real nəticələr verəcək - Politoloq

1620
“Putin və Ərdoğan arasında görüş real nəticələr verəcək”.


Bunu Bakupost.az -a açıqlamasında politoloq Zaur Məmmədov deyib.


O qeyd edib ki, indiyə qədər Putin və Ərdoğan arasında istər taxıl, istər Suriyanın şimalında gedən hadisələr, istərsə də Cənubi Qafqazla bağlı görüşlərin müsbət nəticələri olub:





"Putin və Ərdoğan arasında Soçidə görüşün keçirilməsi çox əhəmiyyətlidir. Birincisi ona görə ki, dünyada ərzaq böhranı gözlənilir. Belə bir vaxtda Ukraynada hadisələrin gələcək nizamı və ərzaq böhranı ilə bağlı tədbirlərin nədən ibarət olacağı müzakirə predmeti ola bilər. Unutmayaq ki, bu gün Ukrayna və Rusiya ilə eyni siyasi dili danışa bilən ölkələr sırasında bir ölkə var, o da Türkiyədir. Dünyanın heç bir ölkəsi Türkiyə kimi Rusiya ilə Ukrayna arasında dialoq, sabitliyin yaranmasında maraqlı və əsas aktor rolunda çıxış etmir”.


Z.Məmmədov bildirib ki, liderlərin görüşündə ikinci məsələ Qarabağda baş verən son hadisələr olacaq:


"Məlumdur ki, Rusiya Cənubi Qafqazdakı proseslərə 200 ildir ki, heç bir dövləti buraxmırdı. Hətta İranla belə Qarabağda, Şərqi Zəngəzurda, işğal edilmiş Qərbi Zəngəzur bölgəsində və digər bölgələrdəki prosesləri müzakirə etmirdi. Lakin Türkiyə artıq reallıq yaratdı. Bu reallıq nəticəsində biz görürük ki, Rusiya-Türkiyə dialoqunda həm də Qarabağ, Zəngəzur məsələləri müzakirə olunmaqdadır. Son hadisələr fonunda Azərbaycanın tələbləri məlumdur. Bizim üçün vacib məqam ondan ibarətdir ki, üçtərəfli bəyanatın əsas aktoru sayılan Rusiya Azərbaycanın yanında yer alaraq, ermənilərin sərsəm hərəkətlərinə qarşı adekvat qiymətləndirmə aparsın, Laçın yolu, erməni hərbi birləşmələrilə bağlı Ermənistana verilən ultimatumda Azərbaycanın və Türkiyənin yanında çıxış etsin”.

Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • t.ədalət

    Görüşüen bir tərəfi Putin olduğu üçün heç bir uğurlu nəticə olmayacaq.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər