Ru
16:57 / 05 Oktyabr 2022

Putin Kadırova general-polkovnik rütbəsi verdi

1550
Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib.


Bakupost.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri öz Telegram kanalında bildirib.


“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya Prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi”, - Kadırov vurğulayıb.


Qeyd edək ki, bu, Çeçenistan rəhbərinin Ukraynadakı müharibə zamanı aldığı ikinci rütbədir. Bu ilin mart ayında ona general-leytenant hərbi rütbəsi verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər