Ru
22:39 / 10 Dekabr 2021

Putin: Kim dedi ki, onlar Rusiyanın tərkibində yaşamaq istəmirlər? - VİDEO

1125
Rusiya prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasının üzvləri ilə onlayn konfransda rejissor Aleksandr Sokurovla Rusiya haqqında söylədiyi fikirlərə görə mübahisə edib.

Bakupost.az xəbər verir ki, kinorejissor çıxışı zamanı ölkənin siyasi həyatının bütün aspektlərinə toxunub. O qeyd edib ki, Rusiya əslində bir neçə ölkəni, məsələn, Suriya və Belarusu ehtiva edir. Sokurov Rusiyanın tərkibində yaşamaq istəməyən respublikalara sərbəst çıxış verməyi təklif edib. O, güc strukturlarının “siyasiləşməsini” xatırladıb, ölkədə siyasi işlərin dayandırılmasının vacibliyindən danışıb.

Putin şəxsən rejissora müraciət edərək deyib ki, bəzi məsələlərdə düşünmək, bəzilərində susmaq, ictimai məkanda nəsə deməzdən əvvəl isə iki dəfə düşünmək lazımdır.

"Sizə kim dedi ki, onlar Rusiyanın tərkibində yaşamaq istəmirlər", - deyə Putin hiddətlənib.

“Bu çıxışınız, xalqa, ölkəyə hörmətsizlikdir. Ordumuza gəldikdə isə, ona görə siz narahat olmayın, hər şey yaxşıdır. Ordumuz inkişaf edir”, - deyə Putin rejissora iradını bildirib.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər