Rusiya Prezidenti Vladimir Putin ölkədə LGBT təbliğatını qadağan edən qanunu imzalayıb.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, qanun bütün növ informasiya vasitələrinin homoseksuallığı təbliğ etməsini, qeyri-ənənəvi cinsi əlaqəni normal kimi təqdim etməyi qadağan edir.
Qanuna əsasən, reklamlarda, ədəbi əsərlərdə, filmlərdə və s. LGBT münasibətlər təbliğ edilə bilməyəcək. Pedofiliya da qanunun hədəfindədir. Həmçinin cinsiyyətin dəyişdirilməsi ilə bağlı çağırışlar da qadağan olunur.
Yeni qanuna əsasən, "LGBT təbliğatı"na görə 400 min rubla qədər, "LGBT nümayişləri və gənclər arasında cinsi dəyişikliyi təbliğ edən məlumatlara görə" 200 min rubla qədər cərimələr tətbiq olunacaq. Bu cərimələr hüquqi şəxslər üçün müvafiq olaraq 5 milyon rubl və 4 milyon rubl təşkil edəcək.
Azərbaycanda da belə bir qanuna ehtiyac var.