"Bu yaxınlarda Putinlə söhbətimizdə biz Qarabağda eskalasiyanın genişlənməsi təhlükəsi barədə danışdıq".
Bakupost.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Mən Ermənistanın mövqeyini ifadə etdim və dedim ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında problemlər var", - Ermənistanın baş naziri deyib.
O, KTMT-nin Ermənistanı tərk etdiyini də bildirib:
“Ermənistan KTMT-dən çıxmaq fikrində deyil, lakin təşkilat ölkəmizdəki mövqelərini tərk edir Mənim qiymətləndirməm budur. KTMT istəyərək, yaxud istəməyərək Ermənistanı tərk edir".
Zaur, BakuPost