UEFA "Fənərbağça" klubuna intizam işi açıb.
Bakupost.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Buna səbəb komanda azarkeşlərinin Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə oyundakı davranışlarıdır.
Xatırladaq ki, azarkeşlər 57-ci dəqiqədə hesabı açan Kiyev klubunun futbolçusu Vitali Buyalskinin təxribatçı hərəkətlərinə qarşılıq olaraq, Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.