Ru
14:59 / 22 Noyabr 2022

Putinin Ermənistan səfərinin pərdəarxası... - ŞƏRH

1956
“Rusiya Prezidentinin indiki vaxtda Ermənistana səfəri təsadüfi deyil. Bu səfər son zamanlar Ermənistanın Qərbə inteqrasiyasının artması, onun Rusiyadan, KTMT uzaqlaşması və daha çox Qərbin dəstəyinə arxalanmasından doğan narahatlıqdır”.




Bunu Bakupost.az -a açıqlamasında politoloq Ramid Hüseynov Vladimir Putinin bu gün Ermənistana rəsmi səfərini şərh edərkən deyib.


Politoloq hesab edir ki, bu narahatlığı artıran faktorlardan birin də ermənilərin üzləşdiyi hazırkı sosial-iqtisadi çətinliklərə görə Rusiyanı günahkar görməsidir:

“Rusiya əsrlərə dayanan siyasətini həyata keçirmək üçün Cənubi Qafqazda "erməni kartı"ndan istifadə edib. Nağıllar uyduraraq ermənilərin guya “böyük xalq”, “böyük dövlət” olduğunu onların təfəkkürünə yetirməyə çalışıb. Amma hazırkı situasiyada vəziyyət dəyişməkdədir. Artıq ermənilər başa düşürlər ki, Azərbaycanın qanuni, suveren torpaqlarını işğal altında saxlamaq Ermənistana müsbət gələcək vəd etmir. Bu daha çox Rusiyanın geostrateji maraqlarına xidmət edir”.


R.Hüseynovun fikrincə, regionda sülhün yaranması Rusiya üçün arzuolunan deyil:


“Məhz İkinci Qarabağ Müharibəsindən dərhal sonra beynəlxalq mandat almadan öz qoşunlarını Qarabağa yerləşdirməsi, daha sonra sayını artırmağa çalışması bunun bariz nümunəsidir. Ən təhlükəlisi də üçtərəfli bəyənatın tam əksinə olaraq, erməni separatçılarını dəstəkləməklə, onların sayının artırmasına və hərbi təxribatlarının genişlənməsinə şərait yaratması, daha sonra özünün layihəsi olan Ruben Vardanyanı qondarma qurumda yüksək vəzifəyə gətirməsi, ermənilərə Rusiya pasportlarını paylaması onun regionda sülhün və təhlükəsizliyin bərqərar olmasında maraqlı olmadığını deməyə əsas verir. Belə anlaşılır ki, sülhün bərqərar olması regionda iqtisadi-siyasi münasibətlərin, demokratik norma və prinsiplərin inkişafına şərait yaradır ki, bu da nəticə etibarilə regionu ənənəvi qaydada təsir dairəsində saxlayan Rusiya hakimiyyəti üçün arzuolunan deyil. Çünki, proseslərin hazırkı formada davam etməsi Moskva üçün daha məqsədəmüvafiqdir. Bu həm də onu göstərir ki, Rusiya Qarabağı heç Ermənistana da vermək niyyətində deyil, onu daha çox özünün nəzarətində saxlamaqla hər iki dövlətə təsir riçaqı kimi istifadə etmək istəyir”.


Politoloq Putinin Ermənistana planlaşdırılan səfəri həm də Ruben Vardanyan ssenari ilə bağlı mövcud vəziyyətlə tanışlıq məqsədi daşıyır:


“Paşinyan hakimiyyətinə alternativ olaraq düşünülmüş bu variantla Rusiya erməni əhalisinin rəğbətini yenidən qazanmaq, onları əvvəlki yalanlara, vədlərə inandırmaq istəyir. Rusiya ermənilərin xislətini, mərikli niyyətini, yaltaqlığını yaxşı bildiyindən onları yenidən öz tərəfinə çəkəcəyinə ümid bağlayır. Bununla da Ermənistanda özünə loyal şəxsi hakimiyyətə gətirməklə dövlətin həmişəki asılılığını möhkəmləndirmək, sülh sazişini uzatmaq, vəziyyəti nəzarətində saxlamaq istəyir”.

Günel
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər