Ru
12:37 / 19 Yanvar 2023

"Putinin sağ olduğuna əmin deyiləm" - Zelenski

2425

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin sağ olduğuna əmin deyil.

Bakupost.az Ukrayna KİV-ə istinadla xəbər verir ki, Zelenski bu barədə Davosda təşkil olunan “Ukrayna səhər yeməyi”ndə çıxışı zamanı deyib.

“Mən əmin deyiləm ki, hərdən peyda olan Rusiya prezidenti... Televiziya adamları başa düşəcək, O, hardasa, xromakeydə görünür, mən tam başa düşə bilmirəm ki, bu, odur. Mən axıra kimi başa düşmürəm ki, o, sağdır, qərarları verən odur, yoxsa başqası? Bu hansı insanların çevrəsidir? Bu barədə məndə məlumat yoxdur. Mən başa düşə bilmirəm, necə ola bilər ki, avropaya liderlərinə bir şey vəd edəsən və ertəsi gün başqa dövlətə geniş miqyaslı hücuma başlayasan".

Ukrayna prezidenti Rusiya ilə sülh danışıqları barədə isə bunları deyib.

"Mən kiminlə iş gördüyümüzü anlaya bilmirəm Sülh danışıqları? Kiminlə?".

Xatırladaq ki, hələ dekabr ayında Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin Rusiya lideri Vladimir Putinin ehtimal olunan ölümündən sonra bitə bilər: "Çünki bu halda işğalçı ölkənin qurumları işləməyəcək".

Bu arada Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov da əmin olduğunu bildirib ki, Putin tezliklə öləcək, lakin o vaxta qədər Ukrayna qalib gəlməlidir. O, Rusiya prezidentinin xərçəng xəstəliyindən əziyyət çəkdiyini iddi edib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər