Ru
15:41 / 30 Dekabr 2022

“Putinin sağlamlığı dövlət təhlükəsizliyi məsələsidir” - Peskov

19675
Yaxın gələcəkdə Putinin jurnalistlərlə yaxın təmasını gözləmək lazım deyil.

Bakupost.az Mk.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Yaxın gələcəkdə kommunikasiyanın pandemiyadan əvvəlki kimi olaması mümkün deyil", - Peskov deyib.

O, virusların mutasiya prosesinə toxunub və bildirib ki, müxtəlif ştamlara malik qriplərin epidemioloji dalğası bütün ölkəni əhatə edir. Onun sözlərinə görə, bu şərtlər daxilində prezidentin təhlükəsizliyinə cavabdeh olan şəxslər məhdudlaşdırıcı tədbirlər görməlidir.

“Prezidentin sağlamlığı dövlət təhlükəsizliyi məsələsidir”, - Peskov vurğulayıb.

Kremlin sözçüsü əlavə edib ki, epidemioloji dalğalar aşağı səviyyəyə endikdə jurnalistlər prezidentlə daha sərbəst rejimdə ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər