Ru
21:08 / 28 İyul 2022

Qadın güləşçimiz dünya çempionu oldu

1756
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.


Bakupost.az xəbər verir ki, 49 kq-da çıxış edən idmançı finalda yaponiyalı Mihoko Takeuçi ilə qarşılaşıb. Rəqibinə 5:3 hesabıyla qalib gələn Məmmədova dünya çempionu olub.


43 kq çəki dərəcəsindəki Elvina Kərimzadə isə qazaxıstanlı Arina Abdullinaya "tuşe" ilə qalib gələrək bürünc medala sahib çıxıb.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər