Ru
22:59 / 05 Yanvar 2023

Qadını vazkeçilməz edən 7 xüsusiyyət

11893

Kişilər bəzi qadınlardan heç vaxt imtina edə bilməzlər. Onların ətrafında pərvanə olurlar. Söhbət təkcə xarici gözəllikdən getmir. Kişilərin həqiqətən imtina edə bilmədiyi qadınların başqa xüsusiyyətləri də var.


Bəs kişiləri bu qadınlara cəlb edən və onları vazkeçilməz edən nədir?

Bakupost.az qadınları vazkeçilməz edən 7 xüsusiyyəti təqdim edir:


Əxlaqlı və etibarlı olun

Hər kəs həyatında etik dəyərlərə sahib olan əxlaqlı və etibarlı bir insan istəyir. Bu, kişilər üçün qadınların əvəzsiz təriflərindən biridir. Kişi yanındakı qadına güvənmək istəyir. Bu, uzun bir münasibətdə qarşılıqlı olaraq çox vacibdir.




Küsəyən olmaması

Kişilərin ən çox şikayət etdiyi problemlərdən biri qadınların emosional tutmalarıdır. Tez-tez küsmək, kiçik mübahisələrdə incimək, çox ağlamaq, mübahisədən sonra “yatağa yıxılmaq” kişiləri bezdirən və qadınlardan şikayət etdirən məsələlərdəndir.

Münasibətlərdə mübahisələr normal olsa da, onları müəyyən həddə saxlamaq çox vacibdir.
Bu səbəblə, vazkeçilməz qadın olmanın sirri, hisslərini yaxşı ifadə edə bilən, düzgün emosional reaksiyalar verə bilən bir qadındır.

Onların problemlərini dinləyib, dəstək olmaq

Problemlərini asanlıqla paylaşan, onu anlayan və dəstəkləyən qadın vazkeçilməzdir.
Kişilər onlara mehriban münasibət bəsləyən və onlara dəstək olmağı bilən qadınlar istəyirlər.




Sizi güldürməsi, dəstək olması

Gülən və təbəssüm yaradan qadın, vazkeçilməz olmağın bir parçasıdır. Dram kraliçaları daim kədərli qadınlardır, baxmayaraq ki, onlar ilk baxışdan sıx diqqəti cəlb edə bilirlər, lakin uzun müddətdə onlara dözmək çox çətin olur.
Kişilər onları güldürən və birlikdə gözəl vaxt keçirə bilən qadınlardan asanlıqla imtina edə bilməzlər.

Şükür etməyi bilmək

Daim daha çox istəmək, heç nədən razı olmamaq, tez-tez şikayət etmək və tənqid etmək kişiləri uğursuz və gücsüz hiss edir. Eyni zamanda, münasibətdə hər iki tərəfin şərtlərlə ayaqlaşa bilməsi vacibdir.




Təmiz və baxımlı olmaq

Şəxsi qayğı hər kəs üçün əsas məsələdir. Kişilər çox makiyajlı qadınlarla maraqlanmırlar. Onlar üçün vazkeçilməz olmağın şərtlərindən biri təmiz və baxımlı olmaqdır.

Anlayışlı olması

Hər kəs yanında anlayışlı birini istəyir. Girdiyi mühitə uyğunlaşan, necə davranacağını bilən qadın vazkeçilməzdir.


Aygün
BakuPost

Şərhlər
  • t.ədalət

    Aygün xanımın bu yazısı çox əladır.Bəli,əxlaqlı,etibarlı,şükür edən,təmizkar və şən qadınlar müqəddəsdir.Onlar,ancaq ömür yaraşığı deyil,həm də Azərbaycanımızın dayaqlarıdırlar.

  • Neriman Seyfeli.

    En esasi cazibedar, shen ve nevazishli olmasidir- yeni shirin bir qiz.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər