Ru
17:48 / 25 Yanvar 2022

Qanunsuz ov edən ərəblər cərimələndi - VİDEO

7263
Azərbaycanda qanunsuz ov edən ərəblər cəzalandırılıb.

Bakupost.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Onun sözlərinə görə, xarici turistlərin qanunsuz ov etməsi ilə bağlı sosial şəbəkədə yayılan foto və video görüntülər əsasında aparılan araşdırma başa çatıb:

"Araşdırma zamanı ovun Qətər vətəndaşı Nayef EID M.T.AL-THANI tərəfindən ona icazə verilən ovçuluq təsərrüfatının ərazisində deyil, kənarda Hacıqabul rayonunun Padarçöl ərazisində baş verdiyi, bəzgək və digər çöl quşlarının ovlandığı müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 950 manat məbləğində cərimə tətbiq olunub”.

Xidmət rəisi qeyd edib ki, Azərbaycan ərazisində 2021-2022-ci illər üzrə ov mövsümü ərzində ov qaydalarını pozan 37 xarici vətəndaş cərimələnib.



***
10:53



Sosial şəbəkələrdə ərəb turistlərin Azərbaycanda "Bəzgək” ovlamalarını əks etdirən kadrlar yayılıb.


Bakupost.az -ın məlumatına görə, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, yayılan görüntülərdən xəbərdardırlar.

“Sosial şəbəkədə yayılan foto və video görüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək”.




Şərhlər
  • İzzət Quliyev

    Cəlilabad

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər