Ru
21:58 / 27 Fevral 2023

"Qarabağ" - "Neftçi" oyununda qalib müəyyən olmadı

4110
Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.

Bakupost.az xəbər verir ki, turun sonuncu matçı lider “Qarabağ”la əzəli rəqibi “Neftçi” arasında baş tutub.

Oyunda hesabı da qonaqlar açıblar. Amma Ağdam klubu matçın sonlarında hesaba tarazlıq gətirməyi bacarıb. Yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun daha öncə baş tutan oyunlarında “Səbail” – “Qəbələ” matçı heç-heçə (2:2) bitibsə, “Turan Tovuz” “Zirə”yə (0:2), “Sumqayıt” “Kəpəz”ə (1:2) uduzub, “Şamaxı” da “Sabah”ı məğlub yola salıb.

Azərbaycan Premyer Liqası
XXIV tur
27 fevral

“Qarabağ” – “Neftçi” 1:1
Qol: H.Haqverdi, 83-öz qapısına – K.Lebon, 33.
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
Bakı. “Azersun Arena”, 20:00.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər