Ru
22:37 / 15 Sentyabr 2022

“Qarabağ”dan tarixi qələbə - YENİLƏNİB

6207
UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Nant”ı məğlub edən “Qarabağ” tarixi qələbəyə imza atıb.


Qurban Qurbanovun komandası ilk dəfə “Böyük beşlik” ölkələrindən olan klub üzərində qalibiyyətə sevinib.


“Köhlən atlar” indiyə qədər bir neçə dəfə bu ölkələrin komandaları ilə üz-üzə gəlsə də, rəqiblərini məğlub edə bilməmişdi.


***


Oyun bitdi.



***


Marko Yankoviç 71-ci dəqiqədə 3-cü qolu vurur.


***


Abdulla Zubir, 64-cü dəqiqədə “Nant”ın qapısına ikinci topu vurur.


***


Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda hesab açılıb.


"Köhlən atlar"ın heyətində Kvabena Ovusu 60-cı dəqiqədə fərqlənib.


***


İkinci hissə başladı.


***


Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ilk hissə başa çatıb.


Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***


Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu başlayıb.



Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.



Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edir.



G qrupunun digər matçında "Olimpiakos" "Frayburq"u qəbul edir. "Nant" ilk turda Yunanıstan "Olimpiakos"unu məğlub edib - 2:1. "Qarabağ" isə Almaniyada "Frayburq"a eyni hesabla uduzub.


Canlı yayımı buradan izləyə bilərsiniz.

***


Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda üz-üzə gələcək "Qarabağ" və Fransanın "Nant" komandasının start heyətləri bəlli olub.


Bakupost.az -ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:



"Qarabağ": Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Marko Veşoviç, Elvin Cəfərquliyev, Qara Qarayev, Marko Yankoviç, Filip Ozobiç, Kadi Borqes, Abdullah Zubir, Ovusu Kvabena.



Baş məşqçi: Qurban Qurbanov



"Nant": Alban Lafont, Fabio, Jan-Şarl Kastelletto, Nikola Pallua, Sebastyan Korçia, Mussa Sissoko, Ludovik Blas, Samuel Mutussami, Mozes Simon, İqnatius Qanaqo, Mustafa Məhəmməd.



Baş məşqçi: Antuan Kambuarre
Şərhlər
  • Emil Xudaverdiyev

    Mən Xudaverdiyev Emil Aslan oglu könüllü olaraq haziram.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər