Ru
08:26 / 27 May 2022

“Qarabağ”ın keçmiş futbolçusu Ukraynada ağır yaralandı

3398
“Qarabağ”ın sabiq futbolçusu Aleksandr Voskoboynik Rusiya-Ukrayna müharibəsində yaralanıb.

Bakupost.ax xəbər verir ki, bu barədə rusiyalı teleşərhçi Aleksey Andronov məlumat verib.

Onun sözlərinə görə, 46 yaşlı veteran futbolçu qondarma Donetsk və Luqansk Xalq respublikalarında səfərbərlik zamanı Rusiya ordusuna cəlb olunub. Voskoboyniklə yanaşı, digər sabiq forvard Vadim Sladki də döyüş əməliyyatlarına qatılıb.

İddiaya görə, hər iki futbolçu öz ölkələrinə qarşı vuruşmağa məcbur ediliblər. Donetskdəki küçə döyüşlərində Sladki öldürülüb, Voskoboynik isə ağır güllə yarası alıb. Onun paytaxt Moskvaya aparıldığı bildirilir.

Qeyd edək ki, Aleksandr Voskoboynik 2005-ci ildə Ağdam klubunda çıxış edib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər