Ru
17:52 / 17 Avqust 2022

"Qarabağ"ın oyununa bilet satışına görə 7 nəfər saxlanıldı

1554
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" – "Viktoriya" oyunu ərəfəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Bakupost.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb. Onların üzərindən 300-dən artıq müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən bilet aşkarlanaraq götürülüb.

Həmin şəxslərin əməlində İnzibati Xətalar Məcəlləsinin 443-cü maddəsinə müvafiq olaraq, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasının tərkib əlamətləri olduğuna görə hər biri barəsində protokol tərtib olunaraq, 700 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq edilib.

"Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir", - DİN-in açıqlamasında bildirilib.

Qeyd edək ki, "Qarabağ" – "Viktoriya" matçı bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər