Ru
22:00 / 03 Avqust 2022

“Qarabağ” heç-heçə etdi - YENİLƏNİB

2358
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Ferentsvaroş” matçı başa çatıb.



Bakupost.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.



Matçda hesabı Macarıstan çempionu açıb. Belə ki, oyunun 17-ci dəqiqəsində Frank Boli fərqlənib. Matçın 34-cü dəqiqəsində “Qarabağ”ın qanalı hücumçusu Kvabena Ovusu tarazlığı bərpa edib - 1:1.



Görüşdə əlavə qol vurulmayıb. “Qarabağ” doğma meydanda heç-heçə ilə kifayətlənib.



***


Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.


İlk yarıdan sonra hesab 1:1-dir. Qonaqlardan Frank Boli, meydan sahiblərindən isə Kvabena Ovusu fərqlənib.


***


Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.



***


“Qarabağ” hesabı bərabərləşdirir. Ovusu Kvabena 33-cü dəqiqədə fərqlənir.



***



“Ferensvaroş” “Qarabağ”la oyunda hesabı açdı. Frank Boli 17-ci dəqiqədə fərqləndi.


***

Matç başladı.


***


Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün növbəti matçına çıxacaq.



Bakupost.az xəbər verir ki, Qurban Qurbanov rəhbərlik etdiyi kollektiv ÇL-in üçüncü təsnifat mərhələsinin ilk matçında doğma azarkeşləri önündə Macarıstan çempionu “Ferensvaroş”u qəbul edəcək.


Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.


Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 9-da keçiriləcək.


Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
3 avqust


20:00. “Qarabağ” (Azərbaycan) - “Ferensvaroş” (Macarıstan)
Baş hakim: Andreas Ekberq (İsveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


Qarşılaşmanın canlı yayımını BURADAN izləyə bilərsiniz.
“Qarabağ” heç-heçə etdi - YENİLƏNİB
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər