Ru
11:40 / 07 İyul 2022

Qaragün kəndli nə etsin, məhsulları çatana qədər 10 əl dəyişir...

1825
“Ölkədə meyvə istehsalçıları il boyu gözlətini 2-3 ay mövsümdə qazanacaqları pula dikiblər, məmləkətdə hər şeyin baha olduğu, ərzaq iflyasiyasının rəsmi rəqəmlərə görə 20%-dən artıq olduğu bir dövrdə meyvə istehsalçısı nə etməlidir ki?! Əgər öz gilasını, almasını, albalısını, əriyini satıb əvəzində baha un, yağ, ət almalıdırsa, qiyməti artırmaqdan başqa nə yolu qalır?!”.


Bu fikirləri Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.


O qeyd edib ki, “bağdan süfrəyə” məhsulları çatana qədər 10 əl dəyişir, onların birbaşa bazara çıxışı da yoxdur:





“Söhbət ondan getmir ki, hər fermerə şəhərdə bir “piştaxta” verilsin, bu heç istehsalçıya da sərf etməz. Fermer hər gün öz bağından 3-5 yeşik meyvə yığırsa, bunu gündəlik Bakıya gətirib satmaq sərf etməz, heç yol xərcini ödəməz. Amma ölkədə normal sistem qurulsaydı, dövlət konkret dəstək göstərsəydi, məsələn, hər kənddən növbəli sistem ilə gündə 1 fermer həm öz, həm də həmkəndlisinin malını Bakıya gətirib satar, pulunu da gətirib kəndliyə verərdi. Bu sistem qurulsa hər kənddə fermerə ayda 1-2 dəfə bazara mal gətirmək növbəsi düşərdi. Bir şərtlə ki, şəhərdə satış yeri üçün pul verməsin, yolda DYP-lar ondan pul-para almasınlar. Vəssalam, bu zaman fermer də qazanar, əhali də daha ucuz mal-məhsul alardı.


Amma supermarketlərlə süslənmiş, “bravolaşmış” məmləkətdə bu şəbəkə marketlərə sərf etmir axı, ona görə də belə bir sistemin qurulmasında maraqlı deyillər. Qaragün kəndli min bir əziyyətlə öz malını şəhərə çatdırıb hansısa metronun qarşısına yeşik düzüb satmaq istəsə də 10 yerdən “əliqovluqlular” və “əlidəyənəklilər” peyda olurlar...”.


Sevinc
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər