Ru
11:19 / 11 Sentyabr 2024

Qasırğaya görə 143 nəfər öldü - 4 milyonluq yardım göstəriləcək

995
Vyetnamda "Yagi" qasırğası nəticəsində ölənlərin sayı 143-ə yüksəlib.

Bakupost.az xəbər verir ki, fəlakətlə bağlı Fəlakətin Qarşısının Alınması və Nəzarət İdarəsi tərəfindən açıqlama verilib.

Açıqlamada, Yagi səbəbi ilə yüzlərlə adamın yaralandığı, itkin düşən 58 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Açıqlamada həyatını itirənlərin sayının 143-ə yüksəldiyi, zərər çəkən bölgələrə ərzaq yardımının göndəriləcəyi də qeyd olunub.

Qeyd edək ki, Vyetnam Baş naziri Pham Minh Chinh Yagidən təsirlənən Hayfonq şəhərinə gedib və zərərin ödənilməsi üçün təxminən 4 milyon dollarlıq yardım paketini təsdiqləyib.

Yagi qasırğası səbəbindən ölkənin şimalındakı sahil şəhərlərindən 50 mindən çox insan təxliyə edilib.

Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar