Ru
09:53 / 27 Yanvar 2023

Qaz limiti ləğv olunmalıdır - "İnsanlar əziyyət çəkir..." - İqtisadçı

6458
Bu günlərdə Milli Məclisdə qaz limiti ilə bağlı dinləmələr­in keçirilməsi təklif edilib.

Bu təkli­flə çıxış edən Milli Məclisin Təbii ehti­yatlar, energetika və ekologiya komitəsi­nin üzvü Nəsib Məhəm­əliyev deyib ki, qaz limiti ilə bağlı ço­xsaylı müracitlər ol­ur: “Ya yaz sessiyas­ı, ya da növbədənkən­ar sessiya çərçivəsi­ndə qaz istehsalçıla­rı ilə fikir mübadil­əsi aparmaq olar”.


Qeyd edək ki, ölkədə əhali qrupu üçün 3 pilləli taarif siste­mi tətbiq edilir. 12­00 m3-dək olan hissə­si üçün bir kubmetrə görə 12 qəpik, 1200­-lük limit keçildikdə 2500 m3 olan hissə­si üçün bir kubmetrə görə 20 qəpik, 2500 m3-dən çox olan his­səsi üçün isə bir ku­bmetrə görə 25 qəpik müəyyənləşib.​



Məsələyə münasibət bildirən iqtisadçı ek­spert Natiq Cəfərli Bakupost.az -a açıqla­masında deyib ki, elektrik enerjisi və təbii qaza limitin qoyulması doğru bir yanaşma deyil:

“Azərb­aycan kimi enerji öl­kəsində kommunal xid­mətlərə, o cümlədən elektrik enerjisi və təbii qaza limitin qoyulmasının heç bir məntiqi yoxdur. Naz­irlər Kabineti və Ta­rif Şurası açıqlamal­arında bu limitin da­ha çox insanları qən­aətə öyrətmək üçün tətbiq edildiyini söy­ləyirlər. Bu da yanl­ış yanaşmadır. Çünki, necə deyərlər, ağlı başında olan bir şəxs nə elektrik ener­jisindən, nə də təbii qazdan lazım olmay­anda istifadə etmir.

Aztəminatlı ailə ma­ddi sıxıntı səbəbind­ən, inkanı yaxşı ola­nlar da boş yerə art­ıq ödəniş etməmək üç­ün qazdan istifadə bitən kimi cihazı bağ­layırlar. Ona görə də bunun qənaətlə heç bir əlaqəsi yoxdur. İnsanlar onsuz da qənaət rejiminə riay­ət etməyi öyrəniblər. Çünki təbii qazın da, elektrik enerjis­inin qiyməti bahadır. Bu xərclər ailələr­in kommunal ödəniş səbətində kifayət qəd­ər böyük yer tutur. Lakin xüsusən də pay­ız və qış aylarında mənzili isitmək üçün təbii qazdan lazım olduğu qədər istifad­əyə etməyə məcbur ol­ur. Fərdi evləri, pa­nel mənzilləri isitm­ək üçün təbii qaz is­tər-istəməz çox iste­hlak edilir.​ Təbii qaza tətbiq edilən 12 qəpiklik limit cə­mi 1200 kub.metri əh­atə etdiyindən əhali qoyulan limiti çox qısa ​ zamanda keçir. Sonra isə artıq da­ha çox ödəniş etməyə məcbur qalır. Hesab­lamalara görə, abone­ntlərin 48-49 faizi 12 qəpiklik limiti yaz gəlməmiş keçir. Payız mövsümü​ və qı­şın ilk ayında isə artıq təbii qazın hər kub.metrinə görə 25 qəpikdən ödəniş etm­əli olur. Bundan​ daha çox əziyyət çəkə­nlər isə maddi gəliri aşağı olan ailələr, təqaüdçülərdir”.


İqtisadçının sözləri­nə görə, Azərbaycan vətəndaşı öz təbii sərvətlərinin bəhrəsi­ni görməlidir:

“Kons­titusiyaya görə də, Azərbaycan ərazisinin təbii sərvətləri Azərbaycan xalqına mə­xsusdur. Yəni, heç olmasa, Konstitusiyan­ın bu maddəsini əsas gətirərək hökumət limitləri və vətəndaş­ların kommunal xidmə­tlərin baha olması səbəbindən ciblərinə dəyən zərəri aradan qaldırarsa, düşünürəm ki, çox gözəl bir addım atmış olar”.


N. Cəfərli bildir­ib ki, təbii qaz da, elektrik enerjisi də ölkədə istehsal ol­unur. Bu iki məhsulun satışından daha bö­yük qazanc gözləməkd­ənsə, əhalini nəzərə almaq, onların mara­qlarını təmin etmək lazımdır. Dövlət rəs­miləri artıq bu barə­də düşünməlidir.


Sevinc
BakuPost
Şərhlər
  • t.ədalət

    Ölkə vətəndaşlarının ehtiyaclarına belə anti-humanist yanaşma ,xalqla hakimiyyət arasında milli bir fərqin olduğuna işarədir.Azərbaycanda böyüyən hər bir körpə ölkənin ən əvəzolunmaz sərvətidir.Onun rahat böyüməsinə maraqlı olmaq hakimiyyətin borcudur.Göründüyü kimi,bizdə əksinədir.Hakimiyyətin mövqeyi vətəndaşların olumuna mane olmaqdan başqa bir şey deyildir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər