Ru
12:16 / 08 Yanvar 2022

Qazaxıstanda 4000-dən çox etirazçı saxlanılıb

430
İndiyə qədər Qazaxıstanda etiraz aksiyalarında iştirak edən 4000 nəfərdən çox şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bakupost.az -ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, hazırda ölkənin müxtəlif regionlarında aksiyalarda iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması davam edir və indiyə qədər 4404 nəfər saxlanılıb.

Nazirlik bildirib ki, Aktobe şəhərində və bölgədə hüquq-mühafizə orqanlarının əməkdaşları ictimai asayişin mühafizəsini təmin edir və bu bölgədə vəziyyət tam nəzarət altındadır.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər