Ru
23:50 / 02 Avqust 2022

Qazilərdən birdəfəlik ödənişlə bağlı AÇIQLAMA

1245
Xəbər verildiyi kimi, birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.


Bakupost.az xəbər verir ki, məsələylə bağlı “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyevin açıqlaması yayılıb.


Açıqlamada deyilir:


“Bildiyiniz kimi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarına sığorta pullarının verilməsi problem olaraq qalırdı. Məsələ ilə bağlı bir neçə il əvvəl, hələ Baş qazimiz Etimad Əsədovun sağlığında təşkilatımız "Şəhid Ailələri" birliyi ilə birgə bu məsələni qaldırmışdı. Qanunvericiliyin yaratdığı problemi ölkə prezidenti cənab İlham Əliyev həm şəhid ailələri, həm də Qarabağ əlilləri üçün “Birdəfəlik ödəmə” ilə həll etdi. Əslində bu, cənab Prezidentimizin şəhid ailələrinə və qazilərə növbəti humanitar yanaşması idi. Biz bunu yüksək qiymətləndiririk. Prezidentimizin şəhid ailələrinə, qazilərə qarşı humanist yanaşması birinci dəfə deyil. O, həmişə müharibə insanlarına diqqət və qayğı göstərmişdir.


“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun yaratdığı problemi yaxından bilən təşkilat olaraq, “Qarabağ qaziləri” İctimai Birliyi adından bu humanitar addıma görə cənab Prezidentimizə minnətdarlığımızı bildiririk! Biz - Qarabağ qaziləri həmişə olduğu kimi, yenə də Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin yanındayıq! Onun Azərbaycanımızın çiçəklənməsi, dövlətçiliyimizin qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində gördüyü bütün işləri dəstəkləyirik!”


A.Əliyev, eyni zamanda, bu işin başa gəlməsində əməyi keçən hər kəsə, xüsusən də Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə və onun komandasına təşəkkür edib:


“Ümid edirik ki, bu işin icrasını həyata keçirəcək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prosesi uğurla başa çatdıracaq”.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • t.ədalət

    Müharibə əlillərinin az bir qisminə sığorta pulu ödənmişdi.Ancaq,həmin ödənişin məbləği indiki ödənişlə müqayisədə xeyli az idi.Onun da yarısını "sığorta Mamed" bürokratik əngəllər törətməklə əillərin əlindən alırdı.Maraqlıdır,indiki ödənişlər zamanı həmin fərq ödəniləcəkmi?

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər