Ru
17:06 / 24 May 2022

Qazilərin təqaüdləri artırılacaqmı? – Millət vəkili

3339
Milli Məclisin ötən iclaslarının birində Vətən Müharibəsi veteranlarının pensiyasının artırılması müzakirə olunub. Təklif olunan bu məsələ cəmiyyət tərəfindən yüksək dəyərləndirilib.


Bəs Vətən Müharibəsi veteranlarının pensiyası artırıla bilərmi?


Məsələ ilə bağlı Bakupost.az -a millət vəkili Rüfət Quliyev bildirib ki, qazilərin rifah halının yüksəldilməsi çox həssas məsələdir:




“Cənab Prezidentin tapşırığı var ki, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailələri daim diqqətdə saxlanılsın. Dövlətin bu istiqamətdə xeyli işləri və addımları var. Bu gün bizim üçün investisiya və xərc tələb edən sahə Qarabağda tikinti işləridir. Digər ən çox vəsait aparan məsələ isə azad olunan ərazilərin minalardan təmizlənməsidir. Minalar təmizlənəndən sonra evlər tikilməli, iş yerləri açılmalı və “Böyük Qayıdış” başlamalıdır. Hazırda dövlət anti-inflyasiya addımları atır, ölkəmizdə böyük layihələr həya keçirilir, eyni zamanda kiçik və orta sahibkarlığa böyük dəstək verilir. Bunların hamısı müəyyən maliyyə xərcləri tələb olunan işlərdir. Amma bütün bunlar heç də o demək deyil ki, Vətən Müharibəsi veteranlarının pensiya məsələsi düşünülmür”.

Millət vəkilinin sözlərinə görə pensiyaların, müavinətlərin qaldırılması dövlətin nəzərindədir:

“Bu məsələlər mərhələ-mərhələ hamısı həll olunacaq. Lakin maaşların pensiyaların qalxmasından əvvəl dövlət inflyasiyanın qabağını almalıdır. Bunun üçün də iqtisadiyyatı inkişaf etdirmək, islahatlar keçirmək, kənd təsərrüfatına vəsait qoyulmalıdır. Əgər dövlət maaşları, təqaüdləri sürətlə qaldırır, amma inflyasiya ilə mübarizə aparmırsa, nəticə etibarı ilə heç bir əhəmiyyəti olmur. Hətta belə vaxt inflyasiyanın artım sürəti maliyyə artımından çox olur. Dövlət çoxşaxəli işlər aparır. Düşünürəm ki, əsas prioritet Qarabağın bərpası, minalardan təmizləmə, orada iş yerlərinin yaradılmasıdır. Çünki 1 milyona yaxın məcburi köçkünləri Qarabağa köçüb yaşamalıdırlar. Rəsmi formada sorğu keçirilib 96% insanlar Qarabağa qayıtmaq istəyir”.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər