Ru
21:37 / 25 İyul 2022

"Qəbələ"nin dili qatlanan futbolçusundan xəbər var

1741
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"la ilk matçda zədələnən "Qəbələ"nin futbolçusu İlkin Qırtımov komanda ilə məşqlərə başlayıb.


Bakupost.az klubun saytına istinadən xəbər verir ki, dünən fərdi hazırlıq keçən müdafiəçi bu gündən kollektiv çalışmalarda iştirak edir.


Digər zədəlilər - Urfan Abbasovla Gülağa Əsədov proqram üzrə bərpa prosesi keçir. Yaovi Akakpo isə əməliyyat sonrası müalicəsini davam etdirir.


Xatırladaq ki, İ.Qırtımov "Fehervar"a 1:4 hesabı ilə uduzduqları səfər matçının ilk hissənin sonlarına yaxın ciddi zədə alıb. Ağrıdan şoka düşən futbolçunun dili qatlanıb. Bu zaman ona ilk yardımı kapitan Asif Məmmədov edib. Meydanı xərəkdə tərk edən Qırtımov daha sonra ambulansla xəstəxənaya aparılıb və bir neçə saat həkim nəzarətində qalıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər