Ru
13:26 / 24 May 2022

Qəbir yeri qiymətlərinə nəzarət olunmalıdır - Deputat Aqil Abbas

1936
“Heç kimin ölüsü ortalıqda qalmayıb, amma qəbir yerlərinin də qiyməti normal olmalıdır”.

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Aqil Abbas qəbiristanlıqlarda yerlərin qiymətləri ilə bağlı danışarkən deyib.

O, bələdiyyələrin və aidiyyəti qurumların bu işə həssas yanaşmalı olduğunu düşünür: “Hara baxırsan, qəbiristanlıqdır. Mən qəbir yeri almamışam, qiymətlərindən də xəbərim yoxdur. Amma qiymətlər əlyandıran olmamalıdır. Elə insanlar var ki, buna pul tapmaya bilərlər.
Aidiyyəti qurumlar qəbir yerlərinin qiymətlərinə nəzarət etməlidirlər. Bələdiyyələrin üzərinə də böyük məsuliyyət düşür”.


Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər