Ru
11:36 / 09 May 2022

Qəbiristanlıqdan güldanlar oğurladılar

486
Ağdamda qəbrisitanlıqlardan oğurluqlar edilib.


Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinə mayın 6-na keçən gecə Zəngişalı, Əhmədağalı və Qərvənd kəndləri ərazisində yerləşən qəbrisitanlıqlarda bir neçə məzarın üzərindən güldanların oğurlanması barədə müraciətlər daxil olub.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuşlar - Ceyhun Quliyev və Şamil Mehdiyev müəyyən olunaraq saxlanılıblar.


Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Əfətli və Zəngişalı kəndləri ərazisində yerləşən qəbrisitanlıqlarda daha 4 məzarın üzərindən güldan oğurlaması da müəyyən edilib.


Araşdırma aparılır.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər