Ru
12:47 / 13 Yanvar 2022

Qərbi Kaspi Universiteti yeni konsorsiuma daxil oldu

499
Qərbi Kaspi Universiteti Birləşmiş Ərəb Əmirliklərinin Hamdan Bin Mohammed Smart Universiteti ilə Açıq və Distant Təhsil üzrə Beynəlxalq Şuranın (ICDE) birgə təsis etdiyi "Onlayn, əlçatan, ağıllı və təkmilləşdirilmiş ali təhsil texnologiyasında əməkdaşlıq çərçivəsi" ("Benchmarking Framework for Online, Open, Smart, and Technology-Enhanced Higher Education") Konsorsiumuna daxil olub.


Bakupost.az xəbər verir ki, konsorsiumun məqsədi onlayn, əlçatan, intellektual və ən müasir texnologiya ilə təkmilləşdirilmiş ali təhsilin keyfiyyəti üçün ümumi anlayış və meyarların yaradılması, onlayn fəaliyyəti tam əks etdirən qiymətləndirmə sisteminin inkişaf etdirilməsi və digər müvafiq istiqamətlərdə əməkdaşlıq və təcrübə mübadiləsini təmin etməkdən ibarətdir.

Konsorsiuma üzv olan təşkilatların son görüşündə Qərbi Kaspi Universiteti də iştirak edib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər