Ru
17:19 / 16 Noyabr 2022

"Qətnamə erməni lobbisinin təzyiqi ilə qəbul edilib" - Mahir Abbaszadə

4778
"Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə bu gun onun nə dərəcədə erməni daiasporunun nəzarəti və təzyiqi altında olduğunu bir daha ortaya qoydu.


Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin üzvü Mahir Abbaszadə bu gün parlamentin iclasında Fransa Senatının anti-Azərbaycan qətnaməsi haqqında danışarkən deyib.


Millət vəkili qeyd edib ki, Azərbaycan 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsinə başlayaraq işğal altında olan torpaqları azad edəndə də Fransa Senatı tərəfindən belə addımlar atılmağa cəhd edildi: "Xatırlayırsınızsa, o zaman Senat bir az da qabağa gedib Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı məsələni gündəmə gətirmək istəyirdi. Dünən qəbul edilən qətnamə bir daha göstərir ki, Fransa dövləti, onun parlamenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesində öz nüfuzundan tamamilə başqa cür istifadə edir. Yəni, tərəf kimi çıxış edir. Bu isə qəbulolunmazdir".


Millət vəkili xatırladıb ki, bir müddət bundan əvvəl Praqada Avropa Şurası İttifaqının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənisatnın Baş Naziri Nikol Paşinya arasında görüşdə Fransa Prezidenti Emmanuel Makron da iştirak edirdi:

"Makronun bu görüşdə iştirak etməsi o zaman Fransanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması, normallaşma prosesi, təhlükəsiz və davamlı sülhün təmin olunması məsələlərinə töhfəsi kimi görünürdü. Amma sonrakı proseslər bir daha göstərdi ki, Fransa tərəfi sülhün əldə olunmasına razı deyil. Fransa Senatının qətnaməsi də bunu bir daha göstərir. Belə anlaşılır ki, onları sülh deyil, Qarabağda və sərhədlərdə müharibə istəyirlər. Möhtərəm Prezident isə Fransanın cavabını verərək bildirib ki, artıq Azərbaycan ərazisində müharibə bitib. Bizim ərazimizdə Dağlıq Qarabağ adlı bir ərazi vahidi yoxdur. Qarabağda yaşayan ermənilər Azərbaycan Respublikasının vətəndaşlarıdır. Bu gün dinindən, dilindən, etiqadından, cinsindən, milliyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının vətəndaşları hansı hüquq və azadlıqlara malikdirsə, Qarabağda yaşayan ermənilər də həmin hüquqlara malik olacaqlar".



M. Abbaszadənin sözlərinə görə, Fransa Senatının qəbul etdiyi qətnamədə vurğulanan məsələlərə baxdıqda aydın olur ki, bu sənəd nə Qarabağda yaşayan ermənilərə, nə Ermənistana, nə də gələcəkdə ümid etdiyimiz sülh və təhlükəsizliyin təminatına heç bir töhfə vermir:


"Əksinə qətnamədə göstərilən tələblər, məsələn, Azərbaycan Silahlı Qüvvələrinin Laçın dəhlizindən çıxarılması tələbi onu göstəriri ki, qətnaməni qəbul edən senatorların əslində Laçın rayonundan keçən yol və buradakı reallıqdan məlumatsızdırlar. Bu gün həmin yolun mühafizəsini Rusiya sülhməramlı qüvvələri həyata keçirir. Onların da orada fəaliyyət göstərməsinə Ermənistanın Baş Naziri Nikol Paşinyan imza atıb. Digər tərəfdən, Ermənistanın və Qarabağda yaşayan ermənilərin gələcəyini düşünən dövlətlər əslində bu gün onların düşdükləri ağır iqtisadi, siyasi və hərbi vəziyyətdən çıxması haqqında fikirləşməlidirlər. Belə görünür ki, bu qətnamə Fransada yaşayan erməni lobbisinin təsir gücü altında qəbul edilən qətnamədir".




Millət vəkili daha bir məqamı xüsusi qeyd edib: "Qətnaməni qəbul edən Senat çox güman ki, Yelisey sarayı ilə məsləhətləşib. Çünki 44 günlük müharibə dövründə Fransa Prezidenti Makronun bizə olan münasibəti, Ermənistan-Azərbaycan münaqişəsunə yanaşması bir daha qətnamənin ayrı-ayrı müddəalarında yenidən ifadə olunur. Fransa prezidenti bu tərəfdən Praqada guya normallaşma prossesində yaxından iştirak edirdi. Amma bunun ardınca Parisdə Ermənistan diaporunun nümayəndələri ilə görüşəndə onlara vədlər verdi ki, mən bu yaxınlarda öz çıxışlarımda Azərbaycana yerini göstərəcəm. Daha sonra o, reallığı əks etdirməyən, birbaşa Ermənistan tərəfini müdafiə edən bəyanatlar səsləndirdi. Bütün bu bəyanatlar isə etiraf etmək lazımdır ki, Fransa dövlətinə, dünyaya demokratiya, insan azadlığı və hüquq bərabərliyi ilə bağlı dərs keçməyə cəhd edən insanlara heç yaraşmır. Eyni zamanda bir məsələni də bildirmək istəyirəm ki, bu münasibət Avropanın Azərbaycana qarşı münasibəti kimi qiymətləndirilməli deyil. Çünki Prezident İlham Əliyevin siyasəti nəticəsində Avropa İttifaqına üzv olan bir sıra dövlətlərlə kifayət qədər ciddi münasibətlər qurulub. Bu gün Avropada Azərbaycanı müdafiə edən, haqq səsimizi eşidən kifayət qədər aövlətləri var. Biz o dövlətlərlə yüksək səviyyədə əməkdaşlıq edir, münasibətlər yaradırıq. Bunların arasında iqtisadi, siyasi enerji sahəsində əməkdaşlığı xüsusi qeyd edə bilərik. Amma çox təəssüflər olsun ki, Fransa Senatı belə bir addım atıb, bu qətnaməni qəbul edib. Təbii ki, bu qətnamə sülhsevər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını, bu münasibətlərin yüksək səviyyədə sülhlə qurtarmasını istəyən insanlar və dövlətlərdə böyük təəssüf hissi doğurur. Çox təəssüf edirik ki, Fransa Senatı belə bir qərar qəbul edib".


Zaur
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər