Ru
16:34 / 17 Yanvar 2023

"Qeydiyyat məsələsi çaxnaşma yaradıb, ciddi problemlər olacaq" - Ekspert

3654
Son günlər yaşayış yerindən kənarda 60 gündən artıq qalmaq istəyən vətəndaşların 7 iş günü ərzində qeydiyyata düşməsi qaydasının tətbiqi məsələsi gündəmə gəlib.

Bildirilir ki, bu qaydaya əməl etməyən vətəndaşlar 30 manat cərimə olunacaqlar.




Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən hüquqşünas Elşad İsayev qanunvericilikdə belə bir məsələnin çoxdan nəzərdə tutulduğunu bildirib.

"Belə bir qanun vardı. Bu, yenilik deyil. Yaşayış yeri üzrə qeydiyyata düşmək tələbi çoxdan var. Hətta 10 gün ərzində qeydiyyata düşməyən şəxslər barədə inzibati cərimə də nəzərdə tutulur. Sadəcə olaraq, son vaxtlar bu məsələ aktuallaşıb. İnzibati Xətalar Məcəlləsinə əsasən, yaşayış yerini dəyişmiş və yaxud da şəhərə gəlmiş şəxs yaşayış yeri üzrə qeydiyyata düşməyə məcbur idi. Sadəcə olaraq, maddənin sanksiyası çox az idi. Hazırda cərimələrin qiymətinin qaldırılması paytaxtda, iri şəhərlərdə urbanizasiyanın səviyyəsi ilə bağlıdır. Ona görə də bu məsələ yenidən gündəmə gəlib".

Hüquqşünasın fikrincə, artıq bu məsələ çaxnaşma, ajiotaj yaradıb:

"Bu məsələ ilə bağlı problemlər olacaq. Həmin qaydaya nəzarət Daxili İşlər Nazirliyinin öhdəsinə düşür. Yəqin ki, nəzarət vasitələri tapacaqlar. Çünki çətin olacaq. Nəinki qeydiyyata düşmək, hətta bu günə qədər polis orqanlarında qeydiyyatda olanlar da qeydiyyatdan çıxarılır. İnsanlar bu və ya digər inzibatı hüquq pozuntusu, yaxud cinayət xarakterli əməl törətdikdə, onu qeydiyyata düşdüyü yerdə axtarıb tapırdılar. Indi ümumiyyətlə, polis üçün çətin olacaq. Hesab edirəm ki, bu, ciddi problemlər yaradacaq.

Bu məsələ ən azından mərhələli olmalı idi. Bundan öncə maarifləndirmələr aparılmalıydı. Təsəvvür edin, vətəndaş hər hansı arayışla bağlı Asan Xidmətə, yaxud Mənzil İstismar Sahəsinə yaxınlaşır və ona bildirirlər ki, siz burda qeydiyyatda deyilsiz. Ya da deyirlər, ümumiyyətlə, qeydiyyatınız yoxdur və sizə hər hansı sənədin verilməsi mümkün deyil. Bu, təbii ki, daxili işlər orqanları üçün böyük problemlər yaradacaq".

Əfsanə Rəcəb
BakuPost

Həmçinin oxuyun:

Şərhlər
  • Ramin

    Urbanizasiyanin qarsisini almagin en gozel yolu, kendlerde ve rayonlarda is yerlerinin acilmasidir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər