Nyu-York polisi qəribə cinayətə imza atan kişi və qadını axtarır.
Bakupost.az xəbər verir ki, onlar Nyu-York metropolitenində boş metro qatarının maşinist salonuna girərək, onu hərəkətə gətiriblər. Sonra isə oradan qaçıb digər qatara minərək aradan çıxıblar.
Sərnişinlərdən heç kim zərər görməsə də, metroya müəyyən ziyan dəyib.
Kameralardan əldə olunan görüntülərdə cütlüyün qəribə geyimi də diqqətdən qaçmayıb. Belə ki, qadın başdan-ayağa çəhrayı geyinərək, başına hamam papağı taxıb.
Metro rəhbərliyi və polislər hər yerdə onları axtarır.
Aygün Musayeva, BakuPost