Ru
12:58 / 16 Sentyabr 2022

Qırğızıstanla Tacikistan arasında gərginlik: raket atıldı

1326

Qırğızıstan Sərhəd Xidməti Tacikistanın Batken hava limanına raket zərbəsi endirdiyini açıqlayıb.



Bakupost.az xəbər v erir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, Tacikistan ordusu Batken qəsəbəsinin hava limanı və ətraf ərazilərinə raket hücumu həyata keçirib.


“Batken hava limanının ətrafı və şəhərin kənarındakı obyektlər Tacikistanın reaktiv yaylım atəşinə məruz qalıb. Şəhərin mülki infrastruktur obyektləri dağıdılıb”.

Qırğızıstanda, Tacikistan hərbçilərinin sərhəddəki döyüş toqquşmalarında ağır zirehli texnika, təyyarə və MLRS-dən istifadə etdiyi bildirilib. Düşənbə də öz növbəsində Bişkekin sərhəddəki vəziyyətlə bağlı sülh danışıqları təklifini qəbul etmədiyini açıqlayıb.


Günel
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər