Ru
15:24 / 21 Yanvar 2023

Qiymətli kağızların dövlət reyestri aparılacaq

1380
Azərbaycanda qiymətli kağızların dövlət reyestri aparılacaq.

Bakupost.az -ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Mülki Məcəlləyə dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə qiymətli kağızların yeni dairəsi müəyyənləşib, qiymətli kağızların dövlət reyestrinin aparılması və sənədli qiymətli kağızın itirilməsi ilə bağlı hüquqi prosedurlar tənzimlənəcək.

Eyni zamanda dəyişikliklərlə “səhm sahibləri” ifadəsi “səhm mülkiyyətçiləri”, “reyestrsaxlayıcı” ifadəsini “mərkəzi depozitar”, “mənzil” ifadəsi “daşınmaz əmlak”, “məhkəmə icraçıları” ifadəsi “icra məmurları” ilə əvəzlənib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər