Ru
11:26 / 06 May 2022

Qızlar məktəbinin açılmasına REAKSİYA - "Bu haqda fikirləşməyə dəyər"

3254
Bir müddət əvvəl millət vəkili Fazil Mustafa mətbuata açıqlamasında qızlar üçün oğlanlardan ayrı məktəbin açılmalı olduğunu bildirib.

Onun fikrincə, bu halda qızlar həyata daha hazır vəziyyətdə yetişirlər.



Məsələyə münasibət bildirən Əməkdar elm xadimi, professor Şahlar Əsgərov Bakupost.az -a açıqlamasında deyib ki, ayrıca qız məktəblərinin açılması qızları müdafiə etmək üçün atılan bir addımdır.


Eyni zamanda təhsilin keyfiyyətinin yüksəlməsinə də müsbət təsir edən amildir:





“Mən də hesab edirəm ki, qızlar ayrı məktəblərdə təhsil almalıdırlar. Tanıdığım bir insanın 6 yaşlı oğlan nəvəsinə məktəbdə həmyaşıd bir qız məktub yazıb, ürək şəkli göndərib. Əgər 6 yaşlı qız öz şagird dostuna ürək fotolu məktub yazırsa, bu, bir işarədir və bu haqda fikirləşməyə dəyər. Hesab edirəm ki, indiki məqamda qızlar üçün oğlanlardan ayrı məktəbin açılması vacibdir. Qızlar ayrı, oğlanlar ayrı oxusun.​ Qoy həm oğlanların, həm də qızların bütün diqqəti, fikri ancaq təhsilə, təhsil almağa yönəlsin”.


Ş. Əsgərovun dediyinə görə, orta məktəblərdə əks cinslər arasında yaranan sevgi münasibəti və bu kimi digər hallar təhsilalanların təhsildən yayınmasına səbəb olur:


“Gənclərin elmi tələbatları olduğu kimi, insani tələbatları da var. Bir-birindən xoşu gəlmək və s. digər əlavə tələbatları sıradan çıxaranda, oxumağa, təhsil almağa, elmə tələbat daha çox olar. Bununla bağlı pilot məktəblərdə təcrübə aparmaq olar. Nəticələri təhlil edib ortaq məxrəcə gəlmək olar. Ya da müdrik insanlarla danışıb bir nəticəyə gəlmək mümkündür”.


Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər