Ru
13:45 / 20 İyun 2022

Qorbaçovun vəziyyəti pisləşdi - Dializə qoşuldu

1127
SSRİ-nin keçmiş və yeganə prezidenti 91 yaşlı Mixail Qorbaçovun səhhəti pisləşib.

Bakupost.az xəbər verir ki, onun böyrəkləri ilə bağlı problemi kəskinləşib və Moskva xəstəxanasında dializə qoşulub.

Bununla yanaşı, Qorbaçovun qanı da təmizlənir.

Ailəsi eks prezidentin dəqiq diaqnozlarını açıqlamır.


Bildirilir ki, ahıl Qorbaçovun səhhətində problemlər tez-tez mütəmadi baş verir.


Qeyd edək ki, bundan əvvəl koronavirusa yoluxan Qorbaçov hospitəlizə olunmuşdu.


Xatırladaq ki, Mixail Qorbaçov 1985-ci il martın 11-dən 1991-ci il avqustun 24-dək SSRİ-yə rəhbərlik edib.


Aygün Musayeva
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər