Ru
17:59 / 08 Avqust 2022

Qoxubilmənin itməsi ölümcül xəstəliyin əlaməti ola bilər

1425
ABŞ alimləri insanın qoxubilmə hissiyatının getdikcə azalıb, səbəbsiz itməsinin təhlükəli xəstəlik əlaməti ola biləcəyini açıqlayıb.


Bakupost.az xəbər verir ki, Çikaqo universitetinin alimləri yeni elmi araşdırmalarında 50 yaşdan sonra qoxubilmənin sürətlə itirilməsinin Altsheymer xəstəliyinin əlaməti ola biləcəyini deyib.


Elmə məlumdur ki, beta amiloid kütlələri beta amiloid zülallarının birləşib dolaşıb beyin toxumasında toplanması nəticəsində beynin ölümü hesab edilən Altsheymerin səbəbi hesab edilib.

Baş beyində hiss orqanlarını idarə edən neyron şəbəkə var. Beyində qoxubilmə mərkəzi zədələnəndə qəfiıdən iybilmə itir.

Alimlər 515 nəfər yaşlı insanı əhatə edən araşdırma aparın. MAP adlı tədqiqat 15 il davam edib .

Hər il iştirakçıların qoxu, eşitmə funksiyası, nevroloji testləri aparılıb.

Məlum olub ki, qoxubilməsini daha tez itirənlərdə demensiya riski 80% artır.

Bunu MRT-də beynin müayinəsində ağ-boz maddənin dəyişməsi də sübut edib.

Qoxubilmənin itirilməsi neyrodegenerasiyanın inkişafını göstərir.

Son illərdə Qərbdə alsgeymer əhalinin yaşlaşanda əlillik və ölüm səbəblərindən öndə gedənidir.


Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər