Ru
15:15 / 03 Dekabr 2022

Qüdrət Həsənquliyev Vasif Talıbov haqda dəhşətli faktlar açıqladı - VİDEO

47208
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev LAF TV-yə son vaxtlar Naxçıvanda baş verənlər haqda müsahibə verib.

Bakupost.az xəbər verir ki, müsahibə zamanı Qüdrət Həsənquliyev Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun fəaliyyəti ilə bağlı bir sıra faktları açıqlayıb:


“Naxçıvanda sadə insanlar mənə yaxınlaşırdılar ki, sənin statusun var, millət vəkilisən, vəziyyəti görürsən. Kəndlər boşalır, iş yerləri yoxdur. Hamı məndən iş istəyirdi ki, bizə kömək et. Hesab edirdim ki, bu barədə açıq danışım. Çalışırdım ki, bu zaman Vasif Talıbovu qıcıqlandıran formada etməyim.

Söyləyirdim ki, naxçıvanlılar Azərbaycanın başqa bölgələrinə, hətta Rusiya, Ukrayna, Türkiyəyə səpənəliblər. Artıq İstanbulda azərbaycanlıların 3 məhləsi var ki, toyu da, yası da orada edirlər. Ölülərini Naxçıvana gətirmirlər, əlaqələri kəsilib. Bakıda da Naxçıvanın böyük kəndlərinin, Ordubadın, Nehrəmin qəbiristanlıqları var. Ona görə də bu artıq dövlətimizin təhlükəsizliyi məsələsi idi ki, Naxçıvan boşalmasın. Naxçıvan qapalı bir zonaya çevrilmişdi.
Vasif Talıbova çox böyük etimad var idi. Çox təəssüf ki, bu etimaddan sui-istifadə edildi. Naxçıvan faktiki surətdə boşaldıldı, boş qaldı.

İstənilən jurnalist getsin yoxlasın, evlərdə qaz var amma insanlar o qazın pulunu ödəyə bilmədikləri üçün istifadə edə bilmirlər. Gedib odun gətirib yandırırlar. Naxçıvanın reallığı budur. Niyə Vasif Talıbov Naxçıvan əhalisinə qarşı belə qəddardır? O özünü qızıl qəfəsə salınmış şəxs hesab edir. Düşünür ki, çoxdan Bakıya dəvət olunub, yüksək vəzifə verilməlidir”.


Daha ətraflı videoda:




Elnur
BakuPost


Şərhlər
  • abdullayev şahin əvəzağa

    Yalan danışırsan

  • Ələkbər

    Qüdrət kimi deöutatlar pusquda duran kimi özlərini aparır və elə bilirlər ki.xalq onları tanımır.Niyə bir il qabaq naxçıvan barədə səsin çıxmayıb? Qorxurdun?Qorxursansa pişikdən niyə çıxırsan deşikdən! Vallah ayıbdır.İnsanda az da olsa şəxsiyyət olmalıdır.Görün kimlər "deputat "yazılırlar.Ona görə Azərbaycan xalqı bu qədər (neft.qaz.mədənlər ()zənginliklər qarşısında işsız və yarı ac qalıb.

  • Neriman Seyfeli.

    Rehmetlik ULU ONDERIMIZ demishken ;evde yox, qonshudanda gelmeyib", bu yazix hadan bilsid Dovletcilik nedir, idarecilik nedir; hamisi o gundedirler. Testden kecirilseler 30-cu illerin kolxoz sedrleri seviyyesindede deyiller, bunlardan ne gozleyirsiniz? Qudret muellim ise yaxsh olardi ki, bunun sebeblerinden danish sin; yoxsa hele bunun vitseprezident olmasini tovsiyye edir.

  • ibrahim

    Noldu bəs niyə demirdin bunları?İndi yadına düşdü?

  • Azərbaycanlı

    Qdrət bəy,guya AZərbaycanın digər rayon və şəhərlərində Naxçıvandakı kimi deyil?Bir gözünü aç,bax! İş yetləri bağlandı,dağıdıldı,əvəzində nə yaranıb?Guya Bakı,Gəncə,lənkəran Quba,Qax,ZAkatalada Naxçıvandan yaxşıdır?Belə sifarişli yazılarının mənası aydındır,amma ......Çox ayıb! Nİyə qaçıb Baklya doluşmusunuz?

  • Roma

    Bəs niyə susmusan???Sən axı sıravi bir vətəndaş deyilsən. Sən, Səyavuş Novruzov, Eldar İbrahimov görmürdünüz Naxçıvanda gedən prosesləri???Hər biriniz saqqallı deputatlarsınız, indi hərəniz bir söz deyirsiniz....

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər