Ru
11:31 / 17 May 2022

“Qurd müalicəsi başdan-ayağa fırıldaqdır, elə bir şey yoxdur” - Məşhur həkim

3608
Bədəndə, bağırsaqlarda olan qurdları, parazitləri tökən müalicə marketinq yalanıdır, tibdə belə müalicə yoxdur.


Bakupost.az xəbər verir ki, bunu Moskvanın tanınmış həkimi Aleksandr Myasnikov deyib.


“İnsanlarda qurd xofu yaradılıb. Hər kəs özündə qurd axtarır, halbuki canlı orqanizmdə qurd olması normaldır. Tapılır, sonra da bahalı müalicələr yazır. Parazit müalicələri xəstənin cibini boşaltmaqdan başqa bir şey deyil. Son zamanların ən böyük tibb marketinq fırıldağıdır. Bu süni olaraq yaradılmış ajiotajdır. Belə bir psixi vəziyyət var: illüzyoy parazitoz. İnsanlar özlərində qurd axtarır, hər narahatlığı qurddan bilir”.


Həkim qeyd edib ki, ciddi mənada parazitar müalicə ciddi və ağır hallarda aparılır. Qurd olmağını bir neçə həkimlə dəqiq analizlərlə təyin edin. Exinokokk varsa, əməliyyat olunur. Bütün qurdları tökən möcüzə dərman isə yoxdur.


Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər