Ru
10:39 / 22 Yanvar 2023

Qusarda oteldə dəhşət: 4 ölü, 6 yaralı

5111
Qusarda yerləşən tanınmış "Park Qusar" hotelində dəhşətli hadisə baş verib.


Bakupost.az -ın əldə etdiyi məlumata görə, hoteldə yanğın baş verib və nəticədə 4 nəfər ölüb.


Yanğın zamanı 4 nəfər - Babayev Emin, Babayev Rauf və Babayeva Zülfiyyə (bir ailənin üzvü) və Babaşov Rüstəm adlı şəxslər ölüb. 

Digər koteclərdə olan 6 nəfər isə xəsarət alıb.


Polis əməkdaşlarının keçirdiyi təhlükəsizlik tədbirləri nəticəsində faciənin miqyasının genişlənməsinin qarşısı alınıb.

Hadisə yerinə aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.




FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
Yanğın nəticəsində “Park Qusar” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kotec yanıb.

Yanğın nəticəsində altı nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunub.
Yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı koteclər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verdiyi ehtimal edilir.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

Şərhlər
  • t.ədalət

    Güman ki kommersiya qısqanclığı zəmnində biri digərinin obyektini yandırıb.Bakıda yandırılan bazarları yada salın.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər