7 saylı Birləşmiş Şəhər Xəstəxanası nəzdində olan polikinikada yeni təyinat olub.
Bakupost.az manset.az-a istinadla bildirir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Məmmədova Günel Fikrət qızı adıçəkilən polikinikada Baş həkimin müavini təyin edilib. O, bu təyinata qədər 3 saylı Şəhər Klinik. Xəstəxanada çalışıb.
Qeyd edək ki, G.Məmmədova 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalovun qızı, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı qızıdır.
Olsun da!Burda nə var?Kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının ixtisası üzrə bütün vəzifələrdə işləmək hüququ var.Qadınları izləmək isə bizim milli dəyərlərimizə uyğun gəlmir.Onun atası Fikrət doktor 3 saylı xəstəxanada işləyəndə hamıya qayğı göstərirdi.Xəstəxanada qanun-qayda var idi.