Ru
17:30 / 01 İyul 2022

Rayon xəstəxanasında qadına səhv diaqnoz qoyuldu - Xərçəng şişlərini görmədilər - FOTO

3329
Xərçəng şişini mastopatiya ilə səhv saldılar. Rayon xəstəxanasından yanlış diaqnoz qadına həyatı bahasına başa gələcəkdi...


Azərbaycanda rayon xəstəxanalarının birində 62 yaşlı qadın süd vəzi müayinəsindən keçsə də, həkimlər ona səhv diaqnoz qoyub.

Bakupost.az xəbər verir ki, xəstənin USM müayinə kağızında süd vəzidə görünən 3 sm-lik şiş mastopatiya kimi yazılıb. Şişlər kifayət qədər böyük olsa da, qoltuqaltı, körpücükaltı limfalara metastaz versə də, həkim bu barədə bir kəlmə də söz yazmayıb.

Səhhətindən nigaran qalan xəstə müayinə kağızlarını götürərək Bakıya təkrar müayinəyə gəlir.


Mammoloq-onkoloq Rəna Abdullayeva qadında artıq əllənən həcmdə 2 şiş, böyümüş limfa düyünləri, süd vəzidə ciddi deformasiya, dəri simptomlarını əyani vizual müayinədə görür.




USM nəticəsində sadəcə mastopatiya diaqnozu yazıldığını görən həkim təəccübünü gizlədə bilmir.

“Niyə axı belə kobud səhvlər olmalıdır? Bizim səhiyyə artıq 5-6 mm ölçülü şişləri görəcək imkanlara malikdir. Artıq 3-cü mərhələdə olan xərçəngi necə görməmək olar?

Qadına hər şey yaxşıdır, heç nəyin yoxdur deyib arxayın ediblər. Xəstədə T2N3Mx süd vəzinin xərçəngi diaqnozu qoyduq.
Həkimlərə müraciət edirəm, xaricə getməyə ehtiyac yoxdur. Azərbaycanımızda kifayət qədər yüksək səviyyəli radioloqlar, sonoloqlar var. Süd vəzi USM məktəbini burda keçməyə hər cür imkan var. Oxumaq, öyrənmək heç vaxt gec deyil. İnsanlara qoyduğumuz diaqnozlara məsuliyyətlə yanaşmalıyıq. Hər yanlış diaqnoz gecikmiş müalicə deməkdir”.




Aygün Musayeva
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər