Ru
23:40 / 16 Yanvar 2023

“Rayonlu-şəhərli söhbətinə söyüş qoymaq lazımdır!” - Murad Arif

3920
Əməkdar artist Bəhram Bağırzadənin müzakirəyə səbəb olan “rayonlu-şəhərli” açıqlamasına bəstəkar-müğənni Murad Arif də münasibət bildirib.

Bakupost.az xəbər verir ki, sənətçi bu haqda instaqramda paylaşım edib.

“Yenə lentamız Moşu-Sevda (“Bəxt üzüyü” filmindəki obrazlar) qarşıdurmasına çevrilib. Məncə, bu dəxlisiz rayonlu- şəhərli söhbətinə söyüş qoymaq lazımdır!”, - deyə, Murad bildirib.

Qeyd edək ki, Bağırzadə açıqlamasında “Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı ilə gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz”, - deyə, vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər