Türkiyənin İstanbul şəhərində “3+3” regional platformasının nazirlər toplantısı başa çatdı. Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran regional məsləhət platformasının üçüncü iclasında da Gürcüstan iştirak etmədi. Qeyd edək ki, Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, lakin iştirakdan yayınıb.
Bəs, Gürcüstanın görüşlərdə iştirak etməməsinin əsas səbəbləri nədir? Bu qərar “3+3” formatının alınmaması ilə nəticələnə bilərmi?
Mövzu ilə bağlı BTV-yə politoloq İlyas Hüseynov açıqlama verib.