Ru
11:11 / 27 Aprel 2022

Daha çox iş yeri yaradan mütəxəssislər formalaşdırmaq lazımdır - Rektor

987
“Əmək bazarının tələblərinə uyğun kadr hazırlığı məsələnin bir tərəfidir. Fikrimcə, daha önəmlisi iş axtaranlarla müqayisədə daha çox iş yeri yaradan mütəxəssislər formalaşdırmaqdır”.


Bunu ​ Bakupost.az -a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib.


Rektorun sözlərinə görə, rəqəmsallaşma prosesi sürətlə genişlənsə də, rəqəmsal iqtisadiyyat üzrə əmək bazarının tam formalaşdığını və ona görə də rəqəmsal iqtisadiyyat üzrə əmək bazarının tələbi haqqında danışmaq tezdir:


“Rəqəmsal iqtisadiyyat üzrə əmək bazarının tələbi formalaşmadığı üçün universitetlərin inkişafın önünə keçərək özlərinin proqnoz və qiymətləndirmələri əsasında gələcək​ mütəxəssis hazırlığını həyata keçirməsi tələb olunur. Bu zaman ən ciddi problemlərdən biri mütəxəssislər hazırlığına icazə verilən ixtisaslar siyahısının və yeni ixtisaslar üzrə proqramların mərkəzləşdirilmiş qaydada və bütövlükdə müəyyən dövr üzrə dəyişməz və vahid standartların qəbul edilməsidir. Eləcə də, iş yeri yaradan mütəxəssislərin formalaşdırılması hər bir təhsilalanın fərdi bacarıqlarına əsaslanan fərdi təhsil trayektoriyasının tətbiqini tələb edir. Məzunlarda yumşaq və sərt bacarıqlar, karyera planlaması vərdişlərini aşılamaq ön plana çıxır. Şübhəsiz ki, gələcək məzunların bacarıqları əsas götürülməklə bakalavr təhsilinin təsnifatlaşdırılması da tələb olunur”.


Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər