Ru
22:52 / 20 Dekabr 2022

Rəşad Sadıqov futbolçusunun bu hərəkətinə etiraz etdi

9003
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçusu Rəhim Sadıxovdan narazılıq edib.

Bakupost.az xəbər verir ki, buna futbolçunun bu gün “Neftçi”yə qarşı Azərbaycan kubokunun 1/4 final mərhələsindəki davranışı səbəb olub.

Belə ki, əlavə vaxtda “Neftçi”nin qapısına təyin edilən penaltini “Zirə”nin hücumçusu Hamidu Keyta yerinə yetirib. Rəhim Sadıxov isə penaltini özü vurmaq istəyib və zərbəni Keytanın yerinə yetirməsinə etiraz edib. Keytanın zərbəsini “Neftçi”nin qapıçısı İvan Brkiç dəf edib. Daha sonra isə R.Sadıxov əvəzlənib.

Baş məşqçi Rəşad Sadıqov oyundan sonra “CBC Sport”a deyib ki, Rəhimin bu hərəkəti onun xoşuna gəlməyib:

“Rəhimi əvəzləməm də bununla bağlı idi. Oyundan sonra futbolçularla ümumi söhbətimiz oldu. Bu durum tezliklə aradan qaldırılacaq”.

Qeyd edək ki, “Zirə” cavab matçında “Neftçi”yə 1:3 hesabı ilə uduzaraq (ilk oyunda 1:0) mübarizəni dayandırıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər