Ru
10:03 / 16 May 2022

RİİB-nin könüllüləri “Bakı Marafonu-2022”də - FOTO

4976

"Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri “Bakı Marafonu-2022”də iştirak edib.


Bakupost.az xəbər verir ki, idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Bakı Marafonu-2022”də ölkənin bütün regionlarını təmsil edən 500 RİİB könüllüsü iştirak edib.

“Küləyə qalib gəl” şüarı altında Dövlət Bayraq Meydanından start götürülən builki marafonda 21 km məsafəni qət edən iştirakçılar arasında RİİB könüllüləri də olub.

“Bakı Marafonu-2022”nin rəsmi tərəfdaşı olan “Regional İnkişaf” İctimai Birliyi həmçinin, regionlarda marafon iştirakçılarının qeydiyyatının aparılmasında da yaxından iştirak edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər