Ru
18:00 / 19 Noyabr 2022

Rişi Sunak Kiyevdə Zelenski ilə görüşdü - FOTO/YENİLƏNİB

2000

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukraynaya səfər edib.


Bakupost.az xəbər verir ki, Kiyevə sürpriz səfəri çərçivəsində Baş nazir Sunak Ukrayna Prezidenti Vladimir Zelenski ilə təkbətək və geniştərkibli görüşlər keçirib.


“Müharibənin ilk günlərindən Ukrayna və Böyük Britaniya ən güclü müttəfiqlər olub... Biz həm ölkələrimiz, həm də qlobal təhlükəsizlik üçün ən vacib məsələləri müzakirə etdik”, Zelenski bildirib.


***


Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukraynada səfərdədir.



Bakupost.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski "Telegram" kanalında məlumat paylaşıb.


Ukrayna lideri Kiyevdə Britaniya Baş naziri ilə görüş keçirdiyini yazıb:


"Müharibənin ilk günlərindən etibarən Ukrayna və Böyük Britaniya arasında güclü müttəfiqlik olub. Bugünkü görüşdə biz həm ölkələrimiz, həm də qlobal təhlükəsizlik üçün vacib əhəmiyyət kəsb edən məsələləri müzakirə etdik".

Qeyd edək ki, bu, Rişi Sunakın Böyük Britaniyanın Baş naziri vəzifəsinə seçildikdən sonra Ukraynaya ilk səfəridir.

Rişi Sunak Kiyevdə Zelenski ilə görüşdü - FOTO/YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər