Ru
15:01 / 18 Noyabr 2022

Ronaldo futboldan gedəcəyi tarixi açıqladı

3599
"Dünya kubokunu qazansaq, 100 faiz təqaüdə çıxacam".

Bakupost.az xəbər verir ki, bunu portuqaliyalı futbolçu Kriştiano Ronaldo ingilis jurnalist Pirs Morqana açıqlamasında deyib.

İnanılmaz təkliflər aldığını deyən furbolçu 350 milyon avro maaşı rədd etdiyni bildirib:

“Hələ də yaxşı qol vura biləcəyimə və komandama kömək edəcəyimə inanıram. Çünki hələ də yaxşı oyunçu olduğumu bilirəm. Tənqid həmişə var. Bəzən 37 yaşım olduğu üçün əvvəlki kimi oynamadığımı deyirlər. Yaşıdım olan birinin mənim kimi oyun nümayiş etdirə bilib-bilməyəcəyi maraqlıdır“.

Ulduz futbolçu 40 yaşına kimi oynamağa davam edəcəyini bildirib. O, 2-3 il daha oynamağa gücünün olduğunu qeyd edib. Lakin Dünya Çempionatını kubokunu qazansalar, təqaüdə çıxacağını açıqlayıb.

Aynur,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər