Ru
21:42 / 24 Noyabr 2022

Ronaldu yeni rekorda imza atdı

1033
Hücumçu Kriştianu Ronaldu 2022-ci il dünya çempionatında çıxış edərək Avropa rekorduna imza atıb.


Bakupost.az xəbər verir ki, forvard Qana ilə matçda meydana çıxaraq onuncu böyük beynəlxalq turnirdə Portuqaliya yığmasında çıxış edib.



Daha əvvəl Ronaldu Avro 2004, DÇ 2006, Avro 2008, DÇ 2010, Avro 2012, DÇ 2014, Avro 2016, DÇ 2018 və Avro 2020-yə qatılıb.


Həmçinin, Ronaldu 5-ci dünya çempionatında oynamaqla mövcud rekordu təkrarlayıb. 37 yaşlı futbolçu beş turnirdə iştirak edən altıncı oyunçu olub.


O, Meksika yığmasının sabiq qapıçısı Antonio Karbaxal, keçmiş alman müdafiəçisi Lotar Matteus, Meksika yığmasının sabiq müdafiəçisi Rafael Markes, İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon və Argentina millisinin hücumçusu Lionel Messinin nailiyyətlərini təkrarlayıb.


Ronaldo bundan əvvəl 2006, 2010, 2014 və 2018-ci illərdəki dünya çempionatlarında çıxış edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər