Ru
11:55 / 05 Dekabr 2022

Rus aviabazasında güclü patlayış: iki Tu-95 sıradan çıxdı, yaralılar var - VİDEO

2089
Rusiyada naməlum pilotsuz təyyarə dekabrın 5-də səhər saatlarında Saratov vilayətindəki strateji aviasiya aerodromuna - "Engels-1" aviabazasına hücum edib.

Bakupost.az "Obozrevatel"ə istinadən xəbər verir ki, hadisə zamanı 2 hərbçinin yaralandığı, 2 təyyarənin isə zədələndiyi bildirilir.

Baza Teleqram kanalının məlumatına görə, PUA-nın uçuş-eniş zolağında qəzaya uğradığı iddia edilir. Qeyd edək ki, Rusiya ordusu bu aviabazadan Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə edirlər.

"İki təyyarə zədələnib. İki nəfər də yaralanıb. Onlar xəstəxanaya aparılıb", - Rusiya saytları yazır.

Qeyd edək ki, hadisə barədə ilkin məlumatı bu gün səhər tezdən Saratov və Engels sakinləri veriblər. Onlar güclü partlayış baş verdiyini bildirib və sosial şəbəkələrdə videolar yerləşdiriblər.

"Fövqəladə Hallar Nazirliyi insidentlə bağlı məlumatın daxil olmadığını bildirir". Bunu isə "Saratov24" kanalı bildirib.

Öz növbəsində müstəqil rusiyalı jurnalistlərin layihəsi olan ASTRA Saratov vilayətinin "Engels" aviabazasına pilotsuz təyyarənin hücumu nəticəsində iki təyyarənin zədələndiyini açıqlayıb: "Rusiya Federasiyası Müdafiə Nazirliyinin iki əsgəri yaralanıb".

ASTRA-dan bildiriblər ki, naməlum pilotsuz təyyarə "Engels-1" aviabazasının uçuş-enişzolağına düşüb və nəticədə iki Tu-95 bombardmançı təyyarəsi zədələnib.

"Obozrevatel"in verdiyi məlumata görə isə, dekabrın 5-nə keçən gecə Rusiya Federasiyasının Ryazan vilayətində aerodromda da partlayış baş verib. Partlayışın benzindaşıyan avtomobilin yanması nəticəsində baş verdiyi bildirilir.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər