Ru
11:07 / 16 May 2022

Rus kosmonavtlar amerika kosmik gəmilərində uçmayacaqlar - Roqozin

1792
“Roskosmos” rus kosmonavtları amerika kosmik gəmilərində kosmosa göndərməyəcək.

Bakupost.az xəbər verir ki, bunu direktor Dmitriy Roqozin bildirib.

O, bu addımı kosmonavtların həyatını riskə atmamaq üçün etdiklərini deyib.

“NASA-dan Beynəlxalq Kosmik Stansiyaya birgə uçuşların bərpası məsələsi hələki dəqiq həll olunmayıb.

Payızda Roskosmos qısa sxemlə öz kosmik gəmisini göndərəcək. İlkin olaraq planlaşdırılmışdı ki, İlon Maskın “Space X” kompaniyasının kosmik uçuşunda yeganə rusiyalı qadın kosmonavt Anna Kikina olacaq. Lakin indi vəziyyət dəyişib, Ukrayna məsələsindən sonra birgə uçuşlar barədə qərar vermək tezdir.

Öz gəmilərimizdən 100% arxayınıq. Lakin tutaq ki, Maskın gəmisində kanalizasiya sistemində nasazlıq yarandı. Bütün bunlar zarafat deyil, həyati əhəmiyyətlidir. Biz kosmonavtların həyatı ilə risk edə bilmərik”, - deyə baş direktor bildirib.

Aygün Musayeva
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər